Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kərimli kənd kitabxana filialında Mərkəzi Kitabxanasının reallaşdırdığı "Yayı kitabla keçirək" layihəsi çərçivəsində "Yay tətilini kitabla keçirdik" başlıqlı mütaliə saatı təşkil olunub.

Kitabxanaya yeni daxil olmuş nəşrlər haqqında məlumat verən kitabxanaçı Gülnarə Məmmədova kitabların özündə informasiya yükü, təcrübə və biliklər toplayan mənəvi xəzinə adlandırıb, mütaliənin isə bu mənəvi sərvəti öyrənmə və mənimsəmə vasitəsi olduğunu qeyd edib.

Daha sonra məktəblilər kitabxananın fondu ilə tanış olublar.