Türkiyənin İzmir bölgəsinin Foça şəhərində II Beynəlxalq məddah və masal festivalı keçirilib. 10-14 avqust tarixlərində gerçəkləşən festivalda Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev də iştirak edib.

Aktyor “Kazım Qarabəkir paşa və Naxçıvan teatrı”, “Xarıbülbül əfsanəsi”, “Oreqami ilə nağıl” adlı təqdimatlarla (stendap) tamaşaçıların qarşısına çıxıb.

Səfər çərçivəsində aktyor İzmirdə yerli televiziya kanallarında bu il yaradılmasının 140 illiyi qeyd olunan Naxçıvan teatrının tarixi, ənənələri, eləcə də iki ölkə arasında mədəni əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb.