Salyan rayon Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət evində Vətən müharibəsi şəhidi, kiçik çavuş Raqil İsmayılovun doğum günü münasibətilə tədbir təşkil edilib.

Çıxış edənlər Raqil İsmayılovun keçdiyi qısa və mənalı həyat yolundan söz açaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin daima uca tutulduğunu bildiriblər.

Qeyd edək ki, Raqil Rafiq oğlu İsmayılov 1994-cü il avqustun 16-da Salyan rayonunun Sarvan kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşanın azadlığı uğrunda döyüşüb. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

N.Məmmədli