Nobel həftəsi ənənəvi olaraq 2023-cü ilin oktyabrında keçiriləcək, lakin bukmeykerlər indidən reytinqlər tərtib etməyə başlayıblar. “Nicerodds” saytında bukmeyker təxminlərinə görə ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin siyahısı dərc edilib.

Ötən illərdə də bukmeyker reytinqinin favoriti olmuş yapon yazıçısı Haruki Murakami liderlik mövqeyində qalır. Onun qələbə şansının nisbəti daha çoxdur.

Bukmeykerlərin reytinqində ikinci yerdə çinli avanqard yazıçısı Den Syaohua qərarlaşıb. O, əsərlərini “Tsan Syue” təxəllüsü ilə yazır. Reytinqdə üçüncü avstraliyalı nasir Cerald Marneyndir. Onunla birlikdə norveçli dramaturq Yuna Fossenin və rusiyalı yazıçı Lyudmila Ulitskayanın da şansları yüksək qiymətləndirilir.

Ədəbiyyat sahəsində 2023-cü il Nobel mükafatı laureatı adına namizədlər sırasında Tomas Pinçon, Marqaret Etvud, Salman Rüşdi kimi yazıçıların adları hallanır.