Sentyabrın 4-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşəbbüsü ilə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadənin (1921-2003) anım günü keçirilib.

Kitabxananın direktor müavini Günay Həsənova iştirakçılara Ə.Cəfərzadənin yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa məlumat verib.

Tədbirdə yazıçının oğlu, əsərlərinin naşiri Turan İbrahimov bu cür diqqət və qayğıya görə tədbir təşkilatçılarına, həmçinin iştirakçılara təşəkkürünü bildirib.

Sonda Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.