Türkiyədə yaşayan azərbaycanlı telejurnalist və tədqiqatçı Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə Özbəkistanda marağa səbəb olub.

Nəzirə Özbəkistanın mədəniyyət naziri, müğənni, Xalq artist Ozodbek Nazarbekovun repertuarında xüsusi yer tutan "Mani sevib galsayding" mahnısına yazılıb. Səidə Ömərin ifasında "Məni sevib qalsaydın" adlı mahnı Ozodbek Nazarbekov tərəfindən də müsbət qarşılanıb.

Qeyd edək ki, Səidə Ömər Türkiyədə televiziya sahəsində çalışmaqla yanaşı, elmi tədqiqatçılıq fəaliyyəti də göstərir, İstanbul Universitetində fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Dörd ilə yaxındır Türkiyə televiziya məkanında “Azərbaycan rüzgarı" proqramının müəllifi və aparıcısıdır. Proqram hazırda “Ulusal TV”də yayımlanır.

"Məni sevib qalsaydın" mahnısı bu linkdə: https://youtu.be/BJmhCOmg1Rk?si=IxuPpN92ldCzdTXh