Prezidentin köməkçisi İsrailə səfər edib

 

Yəhudi icması Azərbaycan cəmiyyətinin bir hissəsidir. Biz fəxr edirik ki, Azərbaycanın tarixində antisemitizmlə bağlı heç bir hal yaşanmayıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bunu İsraildə bu ölkənin “i24news” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, yəhudi icmasının Azərbaycanda mədəniyyətin, dövlətçiliyin inkişafına verdiyi töhfə yüksək dəyərləndirilir.

“Ən çətin zamanlarda, İkinci Dünya Müharibəsi illərində yəhudilər Sovet İttifaqının şərqindən və qərbindən Azərbaycana miqrasiya edib, biz ağır zamanlarda öz çörəyimizi yəhudi qardaş-bacılarımızla bölüşmüşük”, – deyə Hikmət Hacıyev əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda yaşayan yəhudi icması bu ölkənin İsraillə əməkdaşlığının güclənməsinə də ciddi töhfə verir.

Qeyd edək ki, Hikmət Hacıyev İsrailə səfəri zamanı ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi, Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi və digər rəsmilərlə görüşüb. İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisini qəbul edib.