18 sentyabr dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 138-ci ildönümüdür. Həmçinin Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanan dünya şöhrətli bəstəkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Milli Musiqi Günü ölkəmizin mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir. Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasında böyük bəstəkar Üzeyir Hacıbəyliyə aid dəyərli eksponatların nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Vitrində bəstəkarın operettalarının tamaşalarının afişaları, Üzeyir bəyin həyat yoldaşı Məleykə xanımla fotosu, not yazıları və s. yer alıb.