18 sentyabr Azərbaycanda Milli Musiqi Günüdür. Bu tarix müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin banisi, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədardır.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Musiqi_gunu/index.htm linkindən istifadə edə bilərlər.