Müsəlman Şərqdə ilk operanın müəllifi, Azərbaycan peşəkar musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar təqvimimizə düşən 18 sentyabr – Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) ənənəvi olaraq bu il də mədəniyyət ocaqları tərəfindən müxtəlif tədbir və təqdimatlarla qeyd olunur.

F.Köçərli adına Respublika Uşaq kitabxanası tərəfindən hazırlanmış “Sərhədsiz incəsənət” adlı videoçarx da Milli Musiqi Gününə həsr olunub.

Təqdim olunan videoçarxın məqsədi virtual istifadəçiləri məlumatlandırmaq, həmçinin kitabxananın fondunda olan, mədəniyyətin musiqi və incəsənət sahəsini əhatə edən resurslarla onları tanış etməkdir. Videoçarxda Üzeyir Hacıbəyli ilə yanaşı. Bülbül, Niyazi, Fikrət Əmirov, Qara Qarayev kimi Azərbaycan musiqisinin korifeyləri haqqında da məlumat verilib.