Azərbaycan Dövlət Pantomima Teatrı 31-ci teatr mövsümünü sentyabrın 23-də repertuarındakı maraqlı səhnə işlərindən olan “Pantomima buketi” tamaşası ilə açacaq. Yaradıcı heyət artıq bir neçə ildir mövsümə bu səhnə əsəri ilə başlayır.

Tamaşanın müəllifi teatrın bədii rəhbəri və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur.

Qarışıq nömrələr əsasında hazırlanan tamaşada teatrın aktyorları çıxış edirlər.