AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtib etdiyi “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” kitabı çap olunub. Alim topluya “Salam Şuşam, ulu yurdum mənim...” adlı ön söz yazıb.

Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə işıq üzü görüb.

O tay-bu tay Azərbaycandan şairlərin əsərlərinin yer aldığı nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşiddir. Tərcümə və transliterasiya filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovaya məxsusdur. Kitabın rəyçiləri Rəsul Qədiri, Fikrət Süleymanoğludur.