Azərbaycanın Qarabağ bölgəsində, Xocavənd rayonu ərazisində yerləşən qədim insan məskənləri – Azıx və Tağlar mağaraları UNESCO-nun Dünya İrs Komitəsinin İlkin siyahısına daxil edilib.

Bu barədə qərar Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən (10-25 sentyabr) 45-ci sessiyasında qəbul olunub.

Dünya İrs Komitəsinin İlkin siyahısı (Tentative List) gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısı üçün nominasiyaların hazırlanması üçün bir mərhələ sayılır.

Xatırladaq ki, Dünya İrs Komitəsinin Ər-Riyad şəhərində keçirilən sessiyasında Azərbaycanın Hirkan Milli Parkını əhatə edən “Hirkan meşələri” transmilli (İranla birgə) nominasiyası və “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı milli nominasiya Dünya İrs Siyahısına daxil edilib.