Misirdə yeni qiymətli artefakt tapılıb

 

Arxeoloqlar qədim Misir sərdabələrindən birində yeni qiymətli artefakt tapılıb. Bu tapıntı fironların hakimiyyəti barədə ilkin təsəvvürlərə işıq salır.

Söhbət firon II Senusertin qızı şahzadə Sat-Hathor-İunitin sərdabəsində tapılmış pektoral və boyunbağıdan gedir. Həmin zərgərlik nümunələri e.ə. 1888-1887-ci illərdə düzəldilib. 

4,5x8,2 sm ölçülü pektoral gözəlliyi və detalların zənginliyi ilə görənləri heyran edir. 372 ədəd cilalı yarımqiymətli daş ilə bəzədilmiş pektoralın üstündəki ziqzaqabənzər xətlər suyun yaranışının rəmzidir. Misir mifologiyasına görə, torpaq və kosmos da sudan yaranıb.

Bu zinət əşyalarının sehrli qüvvə daşıdığı da güman edilir ki, məhz bu cəhət hökmdar ailəsinin qadınlarına ilahi qüdrət bəxş edirmiş.

Tarixçilər israr edirlər ki, Sat-Hathor-İunit 12-ci sülalənin üç qüdrətli fironunun – II Senusert, III Senusert və III Amenemhetin dövründə yaşayıb.

Tapılan artefaktlar qədim Misir incəsənətinin və dini görüşlərinin mühüm sübutu olmaqla yanaşı, həm də bizə əski çağlarda bu ölkədəki hakimiyyət və sehr barədə qədim təsəvvürləri daha yaxşı anlamağa imkan verir.