Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, antiterror tədbirləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Eyni zamanda antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.

Vətəni bütövləşdirən, suverenliyimizi canı-qanı bahasına bərpa edən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik. Başın sağ olsun, Vətən!