27 sentyabr – 1 oktyabr tarixlərində İzmir yaxınlığındakı Çiğli aviabazasında gerçəkləşən tədbirlərlə “TEKNOFEST-2023” proqramı başa çatıb.

Festivalı İzmirdə beş gün ərzində ümumilikdə 1 milyon 100 min insan ziyarət edib.

“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar sosial media hesabında qeyd edib ki, bu il İstanbul, Ankara və İzmirdə təşkil olunan TEKNOFEST-lərə ümumilikdə 4,6 milyon insan qatılıb.

O qeyd edib ki, ilk TEKNOFEST-in keçirildiyi 2018-ci ildən bəri tədbiri təxminən 10 milyon insan ziyarət edib.