Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli 2023-cü ilin 27 oktyabr tarixində saat 10:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində (Zülfü Hacıyev küçəsi 53) Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar 20 oktyabr tarixinədək Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin absheron-khizi@culture.gov.az elektron poçt ünvanı, (018) 644-46-04 (daxili 210) telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.