“A-hub Akselerasiya Proqramı”nın açılış mərasimi keçirilib

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun dəstəyi, “New Space Innovation” MMC-nin təşkilatçılığı, “Kapital Bank” və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə “A-hub Akselerasiya Proqramı”nın icrasına başlanılıb.

Oktyabrın 4-də YARAT Müasir İncəsənət Məkanında proqramın açılış mərasimi keçirildi. Mərasimdə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Mədəniyyət Nazirliyinin rəsmiləri, digər qurumların məsul şəxsləri iştirak edirdilər.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik və mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək qonaqları salamladılar, proqram iştirakçılarına uğurlar arzuladılar.

Sonra ‘’A-hub Azerbaijan – 2023” iştirakçılarının videotəqdimatı oldu, proqramla bağlı və müxtəlif mövzularda çıxışlar dinlənildi.

Qeyd edək ki, layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə həyata keçirilir.

Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən 14 komanda müraciət edib. Komandalar 6 həftəlik akselerasiya keçdikdən sonra öz startaplarını milli finalda təqdim edəcəklər. Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.

Nurəddin