Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmizin üçüncü ildönümü və 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə uşaq və yeniyetmələr üçün “Üçrəngli bayrağım” adlı virtual rəsm sərgisi elan olunub.

Sərginin məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

Sərgidə 18 yaşa qədər uşaq və yeniyetmələr iştirak edə bilərlər. İştirak etmək istəyənlər işlərinin keyfiyyətli fotosunu ad, soyad, əsərin adı, texnika və ölçüsü, əlaqə nömrəsi ilə birgə resmsergi@gmail.com ünvanına göndərməlidirlər.

Rəsmlərin son qəbul tarixi 22 oktyabrdır. Sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkə hesablarında yayımlanacaq.