Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində tanınmış yazıçı, publisist, “Azərbaycan Yazıçı Qadınlar” İctimai Birliyinin sədri Nüşabə Məmmədlinin yaradıcılıq gecəsi keçirilib.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yazıçının həyat və yaradıcılığı haqqında qısa məlumat verilib və videoçarx nümayiş olunub.

Çıxışlarda N.Məmmədlinin nəsr əsərlərinin mövzu və ideya-bədii xüsusiyyətlərindən, Qarabağa, şəhidlərə və əsir düşmüş qadınlara həsr olunan yaradıcılıq nümunələrindən söz açılıb.

Tədbirin bədii hissəsində vokalçı, beynəlxalq müsabiqələr laureatı İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını, aktrisa, bədii qiraətçi Zülfiyyə Eldarqızı N.Məmmədlinin “Zəngulə” romanından parçalar və bayatıları səsləndirib. Xanəndə Maya Cəbrayılova isə “Yaşa, Azərbaycan” və “Qarabağ şikəstəsi”ni ifa edib.