Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Görünməyən qəhrəmanlar” adlı sənədli film silsiləsindən olan “Böyük əmr” filmi nümayiş olunub.

Film akademik Zərifə Əliyeva adına liseyin müəllim və şagirdləri üçün nümayiş etdirilib.

Əvvəlcə şagirdlər mərkəzin muzey bölməsi ilə tanış olublar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin keçdiyi mənalı həyat yolu və zəngin siyasi irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra liseyin kollektivi filmi izləyiblər.

Qeyd edək ki, “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV"nin birgə istehsalıdır. Ümumilikdə 5 filmdən ibarət olan  silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsi dövründə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir.