Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri Qazaxıstanda onlayn keçirilən “Astana Grand-Prix” XI beynəlxalq festival-müsabiqəsində uğurla çıxış ediblər.

Müsabiqədə 8-10 yaş kateqoriyasında ansambl ifası üzrə fortepiano ixtisası üzrə II sinif şagirdləri Emiliya Abdullazadə (müəllim Yeganə Sadıqova) və Məryəm Muradova (Leyla Tağıyeva) I dərəcəli diploma, Məryəm Əhmədova (Mehriban Əsgərova) və Yeganə Hüseynli (Sevda Qurbanzadə) isə müsabiqənin Qran-pri mükafatına layiq görülüblər.

Həmçinin fortepiano ixtisası üzrə VI sinif şagirdi Nəzrin Muradzadə (Röya Məcidova) də 11-13 yaş kateqoriyasında Qran-pri mükafatını qazanıb.