Azərbaycan etnoqrafiya elminin inkişafında mühüm xidmətləri olan alim, tarix üzrə fəlsəfə doktoru, dosent Emil Kərimov oktyabrın 27-də 90 yaşında vəfat edib. 

Emil Əli oğlu Kərimov 1933-cü il mayın 15-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. 1948-ci ildə azərbaycanlılara qarşı kütləvi deportasiya nəticəsində ailəsi indiki Göygöl rayonuna köçürülüb.

Emil Kərimov Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. 1960-1963-cü illərdə Rusiya EA Etnoqrafiya və Antropologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda elmi işçi vəzifəsində işə başlayıb. 1968-ci ildə “Rusiyada Azərbaycan etnoqrafiyasının öyrənilməsi tarixi (XVIII-XIX əsrlər)” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

E.Kərimov 5 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifidir. O, Rusiya, Hindistan, İsrail, Gürcüstan, İran və s. ölkələrdə Azərbaycan etnoqrafiyasının aktual problemlərinə aid məruzələrlə çıxış edib. Görkəmli alman arxeoloq və muzeyşünası Hummel tərəfindən təsis edilmiş Xanlar (indiki Göygöl rayonu) Diyarşünaslıq Muzeyinin XX əsrin 60-cı illərində ermənilər tərəfindən dağıdılması və talan olunması məsələləri barədə məqaləsi Moskvada nəşr edilib.

E.Kərimov görkəmli yazıçı-dramaturq Mirzə Fətəli Axundzadənin Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin fəxri üzvü olduğu müddətdə yerli toponimlərin öyrənilməsi ilə məşğul olması faktını aşkara çıxarıb.

Alim etnoqraf kadrların hazırlanması işində mühüm xidmətlər göstərib. O, 2003-2023-cü illərdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu

Müasir dövr etnoqrafiyası şöbəsinin müdiri vəzifəsində işləyib.

Allah rəhmət eləsin.