Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində Şuşa şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.