Respublika Uşaq Kitabxanasının 2 saylı filialında Suraxanı rayonu Mehdi Mehdiyev adına 280 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri ilə birgə Milli Dirçəliş Günü münasibətilə “Azərbaycanın igid oğulları” adlı sual-cavab saatı keçirilib.

Tədbir “Azərbaycan” şeirinin səslənməsi və qəhrəman oğullarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

280 saylı tam orta məktəbin müəllimi Könül Cəfərova iştirakçılara Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verib.

Sonra tədbir sual-cavab formatında davam edib.

İştirakçılar, həmçinin “Yaşasın qüdrətli Azərbaycan ordusu!” adlı kitab sərgisi ilə tanış olublar.