AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin “Azərbaycan kinosunun üslubu” kitabı çap olunub.

İnstitutdan bildirilib ki, kitabda Azərbaycan kinosunda tələffüz üslubları, kino dilində sözün üslubu və semantik izahı, kino dilinin bəzi qrammatik xüsusiyyətləri, “O olmasın, bu olsun”, “Nəsimi”, “Arşın mal alan” və sair bədii filmlərin üslubi və semantik imkanları araşdırılıb. Qeyd edilib ki, bu gün şifahi ədəbi dilimizin inkişafında və mənimsənilməsində ayrı-ayrı filmlərin xüsusi rolu var. Kino dili canlı danışıq dili ilə şifahi ədəbi dil arasında müntəzəm qarşılıqlı əlaqə yaradır.

Nəşrin redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Məmmədli, rəyçiləri filologiya elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.