М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Cənubi Azərbaycandan olan xanəndə və ud ifaçısı Fəraməz Gərmrudinin rəng və təsniflərindən ibarət konserti keçirilib.

Noyabr ayının 28-də gerçəkləşən musiqi axşamında həmçinin tanınmış xanəndələr, Xalq artistləri Gülyaz Məmmədova və Aygün Bayramova “Könül” ansamblının müşayiəti ilə (bədii rəhbər - Əməkdar artist Əliağa Sədiyev) çıxış ediblər.

Konsert proqramı alqışlarla qarşılanıb.