İspaniyanın “Alquibla” ədəbiyyat portalında Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış yazıçı, publisist, kinodramaturq  Orxan Fikrətoğlunun ispan dilinə tərcümə edilmiş “Son igidin nağılı...” hekayəsi dərc olunub.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunub. Hekayəni ispan filoloqu Fransisko Kapilla Martin və Dövlət Tərcümə Mərkəzinin ispan dili mütəxəssisi Tutuxanım Yunusova tərcümə ediblər.

Geniş oxucu auditoriyası olan “Alquibla” portalı mütəmadi olaraq səhifələrində dünyanın tanınmış yazıçı və şairlərin yaradıcılığına yer ayırır.