Teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Teatr, zaman və məkan” adlı yeni kitabı nəşr olunub. Kitab Gəncə Dövlət Dram Teatrının aktyoru, “Qızıl Dərviş” mükafatı laureatı, Əməkdar artist Ramiz Vəliyevin həyat və yaradıcılığına həsr olunub.

Kitabda aktyorun səhnə fəaliyyəti, Gəncə teatrında yaratdığı obrazlar təhlil olunmaqla yanaşı, həmçinin onun həyat məziyyətləri geniş aspektdə işıqlandırılıb. Kitabda Azərbaycan teatr tarixinin səhifələrinə də nəzər salınır. “STAR çap evi”ndə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə doktoru İmran Axundov, redaktorları Sailə Məhərrəmqızı və Fuad Cavadzadədir.