Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universiteti (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 6-7 dekabr tarixlərində Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfrans keçirilib.

Konfransda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin magistri Lamiə Sarıyeva “Bakı şəhərinin tarixinə dair sənəd axını” mövzusunda təqdimatla çıxış edib.

Məruzəçi Xalq yazıçısı Anarın “Gürcü familiyası” əsərinin motivləri əsasında lentə alınan “Gün keçdi” filmi (1971) haqqında da bəhs edərək ekran işində bir sevgi hekayəti fonunda o dövrün Bakısının, xüsusilə İçərişəhərin tarixi koloritinin necə əks olunduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda L.Sarıyeva elmi konfransda iştirakına görə sertifikatla təltif edilib.