Sabirabad rayonunda “RM” nəşriyyatı və “Bələdçi” tədris mərkəzinin birgə layihəsi olan informatika müəllimlərinin respublika forumu keçirilib. Forum Mil-Muğan RMİ, Mil-Muğan Regional Təhsil İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə Mil-Muğan RMİ-nin rəis müavini Telman Əzimov, “RM” nəşriyyatının icraçı direktoru Muxtar Abbasov, Mil-Muğan RTİ-nin sektor müdiri Mahir Zahidov çıxış ediblər.

Foruma qatılan informatika müəllimləri bu sahə üzrə dərslik, dərs vəsaitləri və praktik alətlərin vəziyyəti, bu fənnin ali məktəblərə qəbul imtahanları proqramına daxil edilməsi və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

“RM” nəşriyyatının informatika ilə bağlı nəşrləri müəllimlərə hədiyyə edilib.

Nurəddin