Mingəçevir Dövlət Dram Teatrında İsi Məlikzadənin məşhur “Subaylarınızdan görəsiniz” komediyası əsasında ərsəyə gətirilən eyniadlı tamaşanın fevralın 16-da premyerası keçirilib.

Əsər Xalq artisti Valeh Kərimovun traktovkasında səhnələşdirilib. Komik hadisələrin maraqlı mizanlarla rəngarəng təqdim olunduğu tamaşa, əslində, məişət əhvalatı üzərində qurulsa da, ideyası daha genişdir.

Bakıda təhsil alan Qəndab kənddə yaşayan qonşusu Mayılla məcburi olaraq bir ildir nişanlıdır. Amma Qəndabın könlü Bakıda tanış olduğu Fəqan adlı oğlandadır. Bir gün Fəqan Qəndabın arxasınca kəndə gəlir...

Tamaşanın quruluşçu rəssamı Pakizə Adilbəyli, musiqi tərtibatçıları Gülcahan Yusifova və Elnur Rəsulovdur. Rolları Afət Əliyeva, Asim Məmmədov, Turqut Məsimli, Aytən Gəncəli, Vəfa İsmayılova, Elvin Əkbərli, İbrahim Salamov, Arif Əhmədov, Ruhəngiz Abdullayeva ifa edirlər.