Salyanda tanınmış şairin xatirəsi anılıb

 

Salyan rayon Mərkəzi Kitabxanasında tanınmış şair Fərqanə Mehdiyevanın (1964-2020) 60 illik yubileyi münasibətilə xatirəsi yad olunub.

Tədbir Salyan rayon MKS, Azərbaycan Yazıçılar Birliyi, Salyan rayon Mədəniyyət Mərkəzi və “Fərqanə” ədəbi məclisinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, şair və yazıçılar iştirak ediblər.

Ədəbi-bədii gecədə şairin ömür və yaradıcılıq yolundan söhbət açılıb, şeirləri səsləndirilib. Sonra şairin şeirlərinə bəstələnən mahnılar ifa edilib.

Uzun müddət “Ulduz” jurnalında Poeziya şöbəsinin müdiri olmuş F.Mehdiyevanın “Çəkdiklərim mənə bəsdi”, “Deyirlər şirindi dünya”, “Payızın yanında gözlərsən məni” və “İkimiz darıxsaq...” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Nurəddin