Biləsuvar rayon Mərkəzi Kitabxanasında şair Seyidağa Seyid Sadıqla görüş keçirilib.

Rayon ziyalıları və kitabxana əməkdaşlarının iştirak etdiyi görüşdə şairin yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, yazarın əsərləri geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Sonra Seyidağa Seyid Sadıq şeirlərini səsləndirib, görüş iştirakçılarının suallarını cavablandırıb.

Nurəddin