F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Urbanda görüşərik” adlı yeni layihəsini həyata keçirəcək.

Filarmoniyanın Urban Mərkəzində reallaşacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların üzə çıxarılıb tanıdılmasını təmin etməkdir.

“Urbanda görüşərik” layihəsində yazıçı, şair, rəssam, heykəltaraş və digər yaradıcı insanların iştirakı nəzərdə tutulur. Layihə çərçivəsində iştirakçıların sərgilərinin də təşkil olunması planlaşdırılır.

Nurəddin