Martın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziya" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşası nümayiş olunacaq.

Teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan tamaşanın quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Birhissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalıq fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.