Qusarda gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə dördüncü regional mərhələsi keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, layihənin təşkilatçısı “Canlı klassika” Fondu (RF-nin dünyanın 80-dən çox ölkəsində mədəniyyət və təhsil proqramları həyata keçirən qurumu), ölkəmizdə layihənin kuratoru Azərbaycanın Rus Gəncləri Assosiasiyasıdır.

Qusar şəhərində regional mərhələ Bakıdakı Rus Evinin və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə gerçəkləşib. Gənc qiraətçilərin çıxışlarını (rus dilində əsərlərin oxusu) Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Gəncə və Qərb bölgəsi üzrə Rus İcmasının sədri Dmitri Kozin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Rus Gəncləri Assosiasiyası idarə heyətinin üzvü Lalə Həsənovanın daxil olduğu münsiflər heyəti qiymətləndirib.

Nurəddin