Mil-Muğan RMİ-nin kollektivi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının region üzrə komitələrinin dəstəyi ilə Şəki rayonuna ekskursiya təşkil olunub.

İdarənin xidməti əhatəsindəki rayonlar üzrə ümumilikdə 4 avtobusla yola düşən kollektiv əvvəlcə Şəki Xan sarayını ziyarət edib.

Daha sonra Şəki-Zaqatala RMİ-nin bir neçə əməkdaşının iştirakı ilə “Yuxarı karvansara”, Sənətkarlar evi, Şəki Miniatür Muzeyi, M.F.Axundzadənin Ev-Muzeyi ziyarət olunub.

Ziyarət zamanı qonaqlara qədim Şəkinin tarixi şəxsiyyətləri, abidələrin yaranma tarixi haqqında ətraflı məlumat verilib. Eyni zamanda ziyarətçilərə yapışqan və mismardan istifadə edilmədən minlərlə müxtəlifrəngli şüşə parçaları və taxtadan düzəldilən şəbəkələrin hazırlanması üsulu nümayiş etdirilib.

Şəkinin qədim tarixi, təbiəti ilə tanışlıq kollektivdə xoş təəssüratlar yaradıb.