Gəncə Dövlət Dram Teatrında yeni tamaşanın məşqləri davam edir. Görkəmli türk ədibi Əziz Nesinin “Toros canavarı” komediyasına İstanbulun Maltepe teatrının baş rejissoru Kubilay Erdelikara quruluş verir.

Tamaşanın rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Səhnə əsərində əsas rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Akif Səfərov, Emil Salmanov, Samir Abbasov, Vətən müharibəsi qazisi, aktyor Həsən Cəfərov və başqaları ifa edirlər.

Premyera 27 mart – Beynəlxalq Teatr Gününə nəzərdə tutulub.