Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası martın 27-dən 29-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edəcək.

Üçüncü dəfə keçiriləcək layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunacaq.

Xatırladaq ki, "Xalqın mədəni sərvəti" layihəsi yanvarın 8-dən 14-dək simfonik muğam janrının banisi Fikrət Əmirova, fevralın 14-dən 16-dək görkəmli bəstəkarımız Qara Qarayevə həsr edilib.