Bakı Kitab Mərkəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi və 10 nömrəli sanatoriya tipli internat məktəbinin şagirdləri üçün martın Novruz şənliyi təşkil edib.

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva “Regional İnkişaf” İctimai Birliyinə (RİİB), 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin rəhbər və müəllimlərinə, eləcə də “Coffemood”a şənliyin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edib.

Tədbirdə Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təşkil edilmiş “Xonçalı Novruz” adlı musiqili-əyləncəli proqram nümayiş olunub.

Uşaqlar üçün həmçinin “Nağıl saatı”, “face art”, nahar süfrəsi təşkil edilib.

Sonda Bakı Kitab Mərkəzi adından uşaqlara hədiyyələr və Novruz şirniyyatları paylanılıb.