Mədəniyyət Nazirliyinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə keçirilən ''Xalqın mədəni sərvəti'' layihəsi davam edir.

27-29 mart tarixlərini əhatə edən və Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğluna (1861–1944) həsr olunan layihənin ikinci günündə Mingəçevir Dövlət Dram Teatrında konsert gerçəkləşib.

Konsertdə Mingəçevir şəhər musiqi məktəbləri, Kürdəmir, Ucar, Zərdab şəhər uşaq incəsənət məktəbləri və Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Proqramda xalq mahnıları, muğam və təsniflər səsləndirilib.