Zaqatala rayon Heydər Əliyev Mərkəzinin ərazisində açıq havada gənclər üçün “Həmrəy olaq!” adlı konsert proqramı keçirilib. Konsertdə mərkəzin istedadlı və yaradıcı dərnək üzvləri, eyni zamanda rayonun tanınmış ifaçıları çıxış ediblər.

***

Biləsuvar rayon Heydər Əliyev Mərkəzi YAP Biləsuvar rayon təşkilatı ilə birlikdə iməcilik keçirib. Ağaclar və gül kollarında budama işləri aparılıb, yaşıllıqlara qulluq göstərilib, ərazidə abadlıq işləri aparılıb. Yeni ağaclar əkilib, açıq ərazilər alaq otlarından təmizlənib.

***

Qusar Dövlət Rəsm Qalereyasında şəhər Uşaq incəsənət məktəbi ilə birgə “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə əlaqədar məktəbin rəssamlıq şöbəsinin şagirdləri arasında sərgi-müsabiqə keçirilib. Şagirdlər öz əl işləri ilə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərini diqqətə çatdırmağa çalışıblar. Fərqlənən iştirakçılar I, II, III dərəcəli diplom və tərifnamələrlə təltif edilibər.

***

Masallı rayon Mərkəzi Kitabxanasının Türkoba kənd kitabxana filialı əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib. İməcilikdə mədəniyyət müəssisəsinin həyətyanı sahəsi təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib, yeni ağac və gül kolları əkilib.

***

Lerik rayon Mərkəzi Kitabxanası və Lerik Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar açıq havada rəsm sərgisi keçirilib. Sərgidə şəhid Amid Heydərov adına 2 saylı uşaq bağçasının müəllimləri və balaca fidanları iştirak ediblər.

N.Məmmədli