Ölkəmiz Venesiya Biennalesində təmsil olunacaq

 

Aprelin 20-dən noyabrın 24-dək 60-cı Venesiya Biennalesi keçiriləcək.

Məşhur sərgi bu il “Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarı altında təşkil olunur.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə ölkəmiz də biennaledə təmsil olunacaq.

XVI əsrin heyrətamiz memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonu Venesiya sərgisində “Xəzərdən çəhrayı planetə: mən buradayam” (“From Caspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir.

Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, həmçinin Vüsalə Ağaraziyevanın əsərləri nümayiş olunacaq.