BMT hər il aprelin 22-də qeyd edilən Beynəlxalq Yer Günü münasibətilə üzv ölkələrə müraciət edib.

Təşkilatın saytında yayılan müraciətdə planetimizin insanları açıq şəkildə hərəkətə çağırdığı, təbiətin ağır vəziyyətdə olduğu qeyd edilib. BMT bildirib: “Okeanlar plastiklə doldurulur və daha da turşulaşır. Həddindən artıq istilər, meşə yanğınları və daşqınlar milyonlarla insana təsir edib. İqlim kataklizmləri, təbiətdə texnogen dəyişikliklər, eləcə də meşələrin qırılması, torpaqdan istifadənin pisləşməsi, intensivləşən kənd təsərrüfatı istehsalı və artan qanunsuz vəhşi təbiət ticarəti kimi biomüxtəlifliyi pozan cinayətlər planetin məhv olma sürətini artıra bilər. Bu, BMT-nin Ekosistemin Bərpası Onilliyi çərçivəsində qeyd olunan üçüncü Beynəlxalq Yer Günüdür. Ekosistemlər Yerdəki bütün canlıları dəstəkləyir. Onlar nə qədər mükəmməl olsa, planet və insanlar da bir o qədər sağlam olar. Zədələnmiş ekosistemləri bərpa etmək yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizə aparmağa və kütləvi məhvin qarşısını almağa kömək edəcək. Bu məsələdə hər kəsin töhfə verəcəyi təqdirdə uğur qazanmaq mümkündür”.

Müraciətin sonunda deyilir: “Bu Beynəlxalq Yer Günündə özümüzə xatırladaq ki, həm insanlar, həm də planet üçün işləyən daha dayanıqlı iqtisadiyyata keçid lazımdır. Birlikdə təbiətlə və Yerlə harmoniyaya kömək etməliyik. Dünyamızı bərpa etmək üçün qlobal hərəkata qoşulun!”