Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 5 nömrəli kitabxana filiallarının təşkilatçılığı ilə Əmircan qəsəbə Mədəniyyət evində Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Tədbirdə ictimaiyyət nümayəndələri, 97, 114 və 226 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi, qəsəbə sakinləri iştirak ediblər.

Əvvəlcə yazıçının həyat və yaradıcılığı haqqında söz açılıb.

Çıxış edənlər müəllifin əsərlərinin ideya-bədii xüsusiyyətləri haqqında danışıblar. Qeyd olunub ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucuların rəğbətini qazanıb.

Hacı Qəni Camalzadə yaradıcılıq planlarından danışıb, iştirakçıların suallarını cavablandırıb.