Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində növbəti tədbir mayın 16-17-də Lənkəranda təşkil olunacaq.

Assosiasiyadan bildirilib ki, layihə regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilir.

Lənkəranda yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində animasiya təlimi keçiriləcək.

Bundan əvvəl layihə çərçivəsində 2021-ci ildə Şəkidə, 2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.