Nəcib Fazil Qısakürəyin yaradıcılığı Azərbaycan oxucusuna təqdim olunub
   
   İyunun 27-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu” və Nəcib Fazil Qısakürəyin “Bir adam yaratmaq” kitablarının təqdimatı keçirilib.
   Tədbirdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan və başqaları çıxış edərək iki qardaş xalqın mədəniyyətinin, ədəbiyyatının qarşılıqlı öyrənilməsi baxımından yeni kitabların çapını yüksək qiymətləndiriblər.
   Bildirilib ki, Nizami adına Ədəbiyyat İnstitutunun qərarı ilə işıq üzü görən kitablar filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva tərəfindən tərtib edilib. Nəşrlərin elmi redaktoru mərhum akademik Bəkir Nəbiyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğludur. Natiqlər hər iki nəşrin Azərbaycan oxucuları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar