İranda “Əliağa Vahid” kitabı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində nəşr edilib. Təbrizdə fəaliyyət göstərən “Əxtər“ nəşriyyatının təqdim etdiyi kitabda böyük qəzəlxan şairimizin şeir və qəzəllərinin külliyyatı toplanıb. Nəşrdə şairin “Deyirəm Azərbaycan”, “Yalvarma”, “Bilməliyəm mən” kimi məşhur qəzəlləri yer alıb.