İyunun 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda qurumun katibi, Xalq yazıçısı Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd” kitabının ”İmza günü” keçirilib.
   Tanınmış yazıçı Natiq Rəsulzadə “Zərdabi LTD” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış kitab haqqında məlumat verib. Qeyd olunub ki, əsasən detektiv janrda yazıb-yaradan müəllif oxucuların görüşünə bu dəfə ilk irihəcmli tarixi romanı ilə gəlib. Kitabda qədim dünyanın ən görkəmli hökmdarlarından biri Sezar və onun ətrafında olan tarixi şəxsiyyətlərdən bəhs edilir. Romanda cərəyan edən hadisələrin bugünkü cəmiyyətimizdə gedən proseslərlə necə üst-üstə düşdüyünü göstərən müəllif bu hadisələrin oxşarlığını qabarıq təsvir və dərindən təhlil edib.
   Müəllifin qələmə aldığı əsər bir daha sübut edir ki, tarix təkrar olunur və bizim borcumuz keçmişdən ibrət dərsləri götürməkdir.
   Tədbirdə digər çıxış edənlər də görkəmli yazıçının yaradıcılığından və yüksək insani keyfiyyətlərindən söz açıblar.
   Gənclərin suallarını cavablandıran Çingiz Abdullayev öz imzası ilə kitabını oxuculara təqdim edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar